image-tramp-netanyahubackend

Tramp-Netanyahu görüşünün saatı açıqlandı

ABŞ dövlət katibi Marko Rubio fevralın 11-də Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, görüş yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.

Məlumata görə, Netanyahu həmin gün saat 11:00-da (Bakı vaxtı ilə 20:00) Ağ Evdə ABŞ prezidenti Donald Trampla da görüş keçirəcək.

Görüşlərin gündəliyi və müzakirə olunacaq məsələlər hələlik açıqlanmır. Lakin daha əvvəl yayılan məlumatlarda tərəflərin İranla bağlı mümkün hərbi əməliyyatları müzakirə edəcəyi iddia olunmuşdu.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki