image-01iran-minab-school-facebookjumbobackend

Tramp Minab məktəbinə zərbə ilə bağlı: “Nə baş verdiyini heç kim dəqiq deyə bilməyəcək”

ABŞ Prezidenti Donald Tramp İranın Minab şəhərində məktəbə endirilən zərbə ilə bağlı aparılan araşdırmaya münasibət bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, hadisə ilə bağlı əsl həqiqəti müəyyənləşdirmək mümkün olmaya bilər.

O, yayılan görüntülərin süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini də istisna etməyərək bildirib: “Əlinizdə olan görüntülərin süni intellekt tərəfindən yaradılmış olması da mümkündür.”

ABŞ prezidenti əlavə edib ki, bu hadisə ilə bağlı yekun və qəti nəticəyə gələn hesabatın hazırlanacağını düşünmür.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki