ABŞ prezidenti Donald Tramp açıqlamasında bildirib ki, tərəflər razılığa gələ bilməsə, Vaşinqton İrana qarşı sərt tədbirlər görəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, o, ABŞ-ın ötən yay İranın nüvə obyektlərinə endirdiyi zərbələrə toxunaraq qeyd edib: “Ya razılaşma əldə edəcəyik, ya da keçən dəfəki kimi çətin addımlar atacağıq”.
Tramp əlavə edib ki, İranla danışıqların ikinci mərhələsi gələn həftə baş tuta bilər. Fevralın 9-da İsrail ABŞ-ı İrana müstəqil zərbə endirməyə hazır olması barədə xəbərdar edib.
Rauf
























