ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılaşmanı qəbul etdiyini, lakin qısa müddət sonra təxribat xarakterli addım atdığını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Onlar dünən razılaşmanı qəbul etdilər. Bu, bizim üçün mükəmməl razılaşmadır. Nüvə proqramı olmayacaq. Onlar hər şeydən imtina etdilər”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, İran nümayəndə heyəti danışıqlar zalını tərk etdikdən təxminən bir saat sonra bir gəmiyə qarşı pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.
Rauf
























