ABŞ Prezidenti Donald Tramp İranın ABŞ hərbçilərinin yerləşdiyi kazarmanı hədəfə aldığı barədə yayılan məlumatlara münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, jurnalistin bununla bağlı sualını cavablandıran Tramp, “Bilmirəm. Amma onlar bunun əvəzini ağır ödəyəcəklər”, – deyə bildirib.
O, ABŞ-ın həlak olan hərbçilərinin xatirəsinin ehtiramla anılacağını vurğulayaraq, “Biz qəhrəmanlarımızı yad edəcəyik. Onların hamısı deyirdi ki, İranın nüvə silahına sahib olmasına imkan vermək olmaz”, – ifadələrini işlədib.
Həlak olan hərbçilərin ailələrinə nə deyəcəyi ilə bağlı suala cavabında isə Tramp, “Yalnız bunu deyəcəyəm: Sizi sevirik, övladınızı sevirik. Belə anlarda insan yalnız ürəyini ortaya qoya bilər”, – deyə qeyd edib.
Jalə
























