image-5879652401520776215backend

Almaniya hökuməti AfD-nin məxfi kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırmağı planlaşdırır

Almaniyanın federal hökuməti AfD partiyasının Saksoniya-Anhalt əyalətində hakimiyyətə gələcəyi təqdirdə məxfi kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırmaq üçün tədbirlər hazırlayır.

İNFOAZ.MEDİA xəbər verir ki,  “The New York Times”ın məlumatına görə, Almaniya rəsmiləri Rusiyaya və Ukraynadakı müharibəyə dair həssas məlumatların Moskvaya ötürülə biləcəyindən narahatdırlar. Buna səbəb kimi bəzi AfD nümayəndələrinin Rusiya ilə əlaqələri və Moskvaya müsbət münasibəti göstərilir. AfD isə bu iddiaları rədd edərək planları qeyri-demokratik adlandırıb.

Müzakirə olunan tədbirlər arasında AfD rəhbərliyinin Rusiya fəaliyyəti və radikal sağ şəbəkələri barədə kəşfiyyat məlumatlarına çıxışının məhdudlaşdırılması, partiyanın özü və ekstremistlərlə bağlı araşdırmalara dair sənədlərə çıxışın qarşısının alınması, həmçinin federal və əyalət qurumları arasında təhlükəsizlik əməkdaşlığı qaydalarının dəyişdirilməsi yer alır.

Planların hüquqi mübahisələrə səbəb ola biləcəyi bildirilir. Tənqidçilər bu addımların seçicilərin seçiminə və seçilmiş əyalət hökumətinin səlahiyyətlərinə məhdudiyyət yarada biləcəyini deyirlər.

Almaniya rəsmiləri isə məhdudiyyətlərin məxfi məlumatların qorunması və kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı müttəfiqlərin narahatlıqlarının aradan qaldırılması üçün zəruri olduğunu bildirirlər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki