image-5877400601707089874backend

ABŞ Qrenlandiyada iki yeni hərbi baza açmağı planlaşdırır

ABŞ Danimarka və Qrenlandiya ilə əldə ediləcək razılaşma çərçivəsində Qrenlandiyada iki yeni hərbi baza açmağı planlaşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki,  “Reuters”in məlumatına görə, bazalardan biri Qrenlandiyanın cənubundakı Soyuq müharibə dövründən qalan Narsarsuaq bazasının yenidən istifadəyə verilməsi, digəri isə şərq sahilində yerləşən Mestersviqdə yaradılması nəzərdə tutulur. Hazırda Mestersviqdən Danimarkanın Sirius xizək itləri patrulu istifadə edir.

Razılaşmanın çərşənbə axşamı Nyu-Yorkda imzalanacağı gözlənilir. Bu addım ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində daha geniş ABŞ nəzarətinə dair təşəbbüslərinin yaratdığı aylarla davam edən gərginlikdən sonra atılır.

ABŞ vaxtilə Qrenlandiyada 17 hərbi obyektə malik olub. Hazırda isə adada yalnız Pituffik Kosmik Bazası fəaliyyət göstərir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki