image-tramp-sulh-shurasibackend

Tramp: İordaniyadakı hücumun qarşısı fərqli heyətlə alına bilərdi

ABŞ Prezidenti Donald Tramp İordaniyada iki amerikalı hərbçinin həlak olduğu İranla əlaqələndirilən hücum barədə danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, hücum zamanı təhlükəsizlik sistemində boşluq yaranıb və bunun fərqli heyətlə qarşısının alına biləcəyini iddia edib.

“Onlar İordaniyada müdafiəni yarmağı bacardılar. Əgər orada başqa operatorlarımız olsaydı, bu baş verməzdi. Bilirsiniz, işinizi başqalarına həvalə edəndə bəzən nəticə o qədər də yaxşı olmur”, – deyə Tramp bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki