ABŞ Prezidenti Donald Tramp administrasiyanın bir sıra sənədlərin məxfilik statusunu ləğv etməyi planlaşdırdığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp jurnalistin ABŞ vergi ödəyicilərinin təyyarənin yenilənməsinə nə qədər vəsait xərclədiyi ilə bağlı sualını cavablandırarkən bildirib ki, bu, alternativ variantlarla müqayisədə çox az xərc tələb edib.
“Başqa üsulla etsəydik, bu daha baha başa gələrdi. Bu, bizə çox yaxşı münasibət göstərən bir ölkənin hədiyyəsi idi”, — deyə Tramp bildirib.
ABŞ lideri söhbətin Yaxın Şərqdə Vaşinqtonun müttəfiqi olan Qətərdən getdiyini vurğulayıb.
Trampın sözlərinə görə, belə bir təyyarənin istehsalı böyük maliyyə tələb edərdi və ABŞ bunun üçün lazımi məbləği ayırmağa hazır olmazdı.
“Onlar ən yüksək səviyyədə vəsait xərcləyiblər”, — deyə o əlavə edib.
Jalə
























