ABŞ prezidenti Donald Tramp Pakistan ordusunun baş qərargah rəisi Asim Munir ilə İran danışıqları və Hörmüz boğazı ilə bağlı fikir mübadiləsi aparıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Munir Trampa bildirib ki, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokada danışıqların yenidən başlaması üçün ciddi maneə yaradır. O, bu vəziyyətin diplomatik prosesi çətinləşdirdiyini vurğulayıb. Hörmüz boğazı məsələsi də görüşdə əsas müzakirə mövzularından biri olub.
Tramp isə bu narahatlıqlara cavab olaraq bildirib ki, Pakistan tərəfinin mövqeyini nəzərə alacaq və “bunu düşünəcəyini” deyib.
Jalə
























