trampbackend

Tramp: ABŞ NATO-ya hamıdan çox vəsait xərcləyir, amma qarşılığında heç nə qazanmır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton NATO-ya üzv ölkələrin müdafiəsi üçün digər müttəfiqlərlə müqayisədə qat-qat çox vəsait xərcləyir, lakin bunun qarşılığında heç bir fayda əldə etmir.

İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, 2014–2025-ci illər ərzində ABŞ-ın NATO ilə bağlı müdafiə xərcləri təxminən 999 milyard dollar təşkil edib. O qeyd edib ki, bu göstərici Böyük Britaniyanın 90,5 milyard dollar, Fransanın 66,5 milyard dollar, İtaliyanın 48,8 milyard dollar və Polşanın 44,3 milyard dollar həcmindəki xərclərindən xeyli yüksəkdir.

ABŞ prezidenti əlavə edib ki, digər ölkələrin, o cümlədən Almaniyanın xərcləri bundan da aşağı səviyyədədir.

“ABŞ NATO üçün digər bütün ölkələrdən qat-qat çox pul xərcləyir ki, onları qorusun, amma bunun qarşılığında heç bir fayda əldə etmir. Bu, absurddur”, – deyə Tramp vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki