Somalidə 50 sərnişini daşıyan təyyarə Moqadişudan Qurielə uçuşdan dərhal sonra qəzaya uğrayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, ilkin məlumata görə, texniki nasazlıq səbəbindən heyət geri dönmək istəyib, lakin təyyarə uçuş-enmə zolağından çıxıb.
Somali Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd Müəllim Həsən bildirib ki, təyyarədə olan bütün şəxslər təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə Hind okeanı sahili yaxınlığında Starsky Airlines-ə məxsus təyyarədə baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təyyarəni tərk etdiyi görünür. Yaralıların sayı hələlik rəsmi olaraq açıqlanmayıb. Qəzanın səbəbləri araşdırılır.
Rauf
























