image-file-photo-two-men-pose-with-smartphones-in-front-of-a-screen-showing-the-telegram-logo-in-this-picture-illustration-taken-in-zenicabackend

Telegram Rusiyada yenidən məhdudlaşdırılır

Telegram Rusiyada yenidən məhdudlaşdırılır.

İNFOAZ.MEDİA xəbər verir ki, telegram messencerinin Rusiyada yenidən məhdudlaşdırıldığı bildirilir. Platformanın təsisçisi Pavel Durov məsələ ilə bağlı açıqlama verərək Telegram-ın söz azadlığını və şəxsi həyatın toxunulmazlığını təmsil etdiyini vurğulayıb.

Durov, həmçinin səkkiz il əvvəl İranda Telegram-ın qadağan edilməsi cəhdini xatırladıb. Onun sözlərinə görə, həmin təşəbbüs uğursuz olub və bu gün də iranlıların əksəriyyəti telegramdan istifadə etməyə davam edir.

Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov da açıqlama verib. O bildirib ki, Telegram-ın fəaliyyətində yaranan problemlər Rusiyanın mövcud təhdidlərə qarşı mübarizəsinin bir hissəsidir.

Deputat qeyd edib ki, mesajlaşma tətbiqinin işləməməsi bir çox Rusiya vətəndaşı üçün narahatlıq yaratsa da, bu addım təcili zərurətlə izah olunur.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki