image-the-telegram-messenger-app-is-displayed-in-the-app-store-on-an-iphone-telegram-app-logobackend

“Telegram” Rusiyada buna görə bloklanıb

Kremlin sözçüsü Dmitri Peskov Roskomnadzorun Telegram-a tətbiq etdiyi məhdudiyyətlərin səbəbini qanunvericiliyə əməl olunmaması ilə izah edib. O bildirib ki, bütün internet şirkətləri Rusiya qanunlarına riayət etməlidir və buna nəzarət Roskomnadzorun səlahiyyətinə daxildir.

İNFOAZ.MEDİA xəbər verir ki, Peskov qeyd edib ki, Telegram rəhbərliyi ilə əlaqələr davam edir, lakin tələblərə cavab verilməzsə, qurum qanun çərçivəsində əlavə tədbirlər görə bilər. O, daha əvvəl də messencerin fəaliyyətinin yavaşladılmasının səbəbinin qanunlara əməl olunmaması olduğunu demişdi.

Fevralın 10-da Roskomnadzor tətbiq olunan məhdudiyyətləri təsdiqləyib və onların qanun pozuntuları aradan qaldırılana qədər qüvvədə qalacağını bildirib. Həmçinin Telegram-ın qadağan olunmuş məzmunu silmədiyinə görə 64 milyon rubla qədər cərimələnə biləcəyi açıqlanıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki