image-bceb446a37c24274452a3a9308a977a9backend

Tarixin dərinliyindən gələn kəşf: Ostiada erkən xristian məbədi aşkar edildi

Arxeoloqlar Ostia körfəzi ərazisində erkən xristian dövrünün ən mühüm abidələrindən biri hesab edilən monumental kilsə kompleksi və yepiskop iqamətgahı aşkar ediblər. Tikililərin təxminən 17 əsr yaşı olduğu bildirilir. 

İNFOAZ.MEDİA xəbər verir ki, uzun illər ərazidə aparılan kənd təsərrüfatı işləri yeraltı tikililərin qorunmasına şərait yaradıb və bu da geniş arxeoloji qazıntılara imkan verib. Tədqiqatçılar demək olar ki, toxunulmamış erkən xristian memarlıq kompleksinin ümumi görünüşünü bərpa ediblər.

Eramızın təxminən 330-cu ilinə aid edilən kilsə Ostiya yepiskopunun yüksək statusu ilə əlaqələndirilir. Kompleks erkən xristian iyerarxiyasının siyasi və dini nüfuzunu memarlıq vasitəsilə necə nümayiş etdirdiyini göstərir. Yepiskop sarayında aşkar edilən mərmər və mozaikalarla bəzədilmiş geniş mərasim zalı isə kompleksin ən diqqətçəkən hissələrindən biri hesab olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki