“Dawson’s Creek” yeniyetmələr serialındakı rolu ilə tanınan amerikalı aktyor Ceyms Van Der Beek 48 yaşında vəfat edib. Bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb. Aktyorun həyat yoldaşı Kimberli Van Der Bee-də onun dünyasını dəyişdiyini təsdiqləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, məlumata görə, Van Der Beek xərçəng xəstəliyindən əziyyət çəkirdi və diaqnozunu 2024-cü ildə ictimaiyyətə bildirmişdi.
1977-ci ildə Konnektikut ştatında anadan olan aktyor “Dawson’s Creek”lə yanaşı, “The Rules of Attraction” və digər layihələrdə də rol alıb.
Jalə

























