Amerikalı jurnalist Taker Karlson ABŞ-ın xarici siyasəti və İsrailin Vaşinqtondakı təsiri ilə bağlı diqqətçəkən açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Karlsonun sözlərinə görə, İsrail təkcə bu ölkədə yaşayan 9 milyon əhalidən ibarət deyil, həm də ABŞ-da fəaliyyət göstərən çoxsaylı tərəfdarları və təsir imkanları ilə güclü mövqeyə malikdir.
O bildirib ki, ABŞ-da seçki kampaniyalarının maliyyələşdirilməsində iştirak edən vəsaitlərin əhəmiyyətli hissəsi Amerikanın xarici siyasətinin İsrailin xarici siyasəti ilə uzlaşdırılması məqsədi daşıyır.
Karlson əlavə edib ki, ABŞ prezidenti geniş səlahiyyətlərə malik olsa da, tam suveren deyil və seçicilərinin maraqları naminə istədiyi kimi sərbəst hərəkət etmək imkanına malik olmur.
Rauf
























