Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyda İranla həmrəylik nümayiş etdirərək ölkəyə qarşı istənilən hücumun bütün İslam ümmətinə qarşı yönəlmiş addım kimi qiymətləndiriləcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, açıqlamasında İran silahlı qüvvələrinin mümkün təcavüzü dəf etmək və özünümüdafiə hüququndan istifadə etmək əzmində və gücündə olduğuna əminliyini ifadə edib. Əbu Ubeyda İrana qarşı hər hansı addımı müsəlman dövlətinin suverenliyinin pozulması kimi dəyərləndirib və xarici müdaxilə cəhdlərini pisləyib.
Bəyanat Dohada HƏMAS rəhbərliyi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani arasında keçirilən görüşdən sonra səsləndirilib.
Sözçü həmçinin iddia edib ki, İrana qarşı təhdid və sanksiyalar Tehranın Fələstinə verdiyi dəstəyə görədir və bu dəstəyin fələstinlilərin mübarizəsində mühüm rol oynadığını vurğulayıb.
Rauf
























