Almaniyanın sabiq kansleri Gerhard Şröderbackend

Şröder: Buş İraqla bağlı mənə “yəqin ki, bunu etmək lazım idi” demişdi

Almaniyanın sabiq kansleri Gerhard Şröder İraq müharibəsi ilə bağlı ABŞ-ın keçmiş prezidenti Corc Buşla arasında baş vermiş söhbətdən danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Şröderin sözlərinə görə, Buş ona İraqın niyə hədəf seçildiyi barədə söhbət zamanı yuxarı səviyyəli bir şəxslə danışdığını və həmin şəxsin bunun yəqin ki, edilməli olduğunu söylədiyini bildirib.

Şröder isə Buşa cavabında həmin şəxsin ona fərqli bir söz dediyini qeyd edib.

Sabiq kanslerin açıqlamasında adı çəkilən şəxsin kim olduğu və söhbətin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilməyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki