image-images-2026-10-16t194340-912-1-1backend

Rusiyada “Qazprom”un müəssisəsinə dron hücumu olub, yanğın başlayıb

Rusiyanın Surqut rayonunda sənaye müəssisəsinə dron hücumu nəticəsində yanğın baş verib. Ukrayna monitorinq kanalları hədəfin “Qazprom” şirkətinə məxsus Surqut kondensatının sabitləşdirilməsi zavodu olduğunu bildiriblər.

İNFOAZ.MEDİA xəbər verir ki, İldə 12 milyon tona qədər neft və qaz kondensatını emal etmək gücünə malik müəssisədə benzin, dizel yanacağı və aviasiya yanacağı istehsal olunur.

Məlumata görə, zavod Ukrayna sərhədindən təxminən 2 400 kilometr məsafədə yerləşir. Bu, Rusiyanın enerji infrastrukturuna qarşı qeydə alınan ən uzaqmənzilli hücumlardan biri hesab olunur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki