image-rusiya-ordusu-yenibackend

Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibənin başlanmasından bəri Ukrayna ordusunun itkiləri ilə bağlı məlumatları yeniləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, müharibənin 1696-cı günü üçün açıqlanan statistikaya əsasən, Ukrayna ordusuna məxsus 674 təyyarə, 284 helikopter, 263 235 PUA, 672 zenit-raket kompleksi, 31 251 tank və digər zirehli texnika, 1 790 reaktiv yaylım atəş sistemi, 36 738 artilleriya qurğusu və minaatan, eləcə də 74 686 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, bu rəqəmlər Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlardır və müstəqil mənbələr tərəfindən təsdiqlənməsi ayrıca yoxlanılmalıdır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki