ABŞ dövlət katibi Marko Rubio “Amerika birinci” (America First) siyasətinin əsas mahiyyətinin ölkənin maraqlarını hər şeydən üstün tutmaq olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki,Rubio qeyd edib ki, ABŞ öz maraqlarını Birləşmiş Millətlər Təşkilatından (BMT), qlobal ictimai maraqlardan və uzun illər ərzində müdafiə olunan beynəlxalq nizamdan üstün tutacaq.
“Biz bunların heç birinə qarşı deyilik. Sadəcə, artıq onları Amerika maraqlarından üstün tutmayacağıq”, – deyə o vurğulayıb.
Rubionun sözlərinə görə, ABŞ prezidenti də məhz bu siyasəti həyata keçirir.
Rauf
























