image-lukasenko-lukasenkobackend

Lukaşenko: Ukraynadakı müharibənin bu il başa çatması möhtəşəm olardı

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada davam edən müharibənin mümkün qədər tez başa çatmasının vacibliyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, o qeyd edib ki, bütün müharibələr sonda sülhlə yekunlaşır və buna görə də münaqişənin gec deyil, daha tez bitməsi daha yaxşıdır.

“İnsanlar ölür. Humanitar səbəblərdən orada sülh lazımdır və buna nail olunacaq”, – deyə Lukaşenko vurğulayıb.

Belarus lideri müharibənin gələn ilə qədər başa çatmasını arzuladığını, bu il sona çatmasının isə möhtəşəm olacağını bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki