image-iran_bayraq-768x403backend

İranda ruhani şəxsin evində qətlə yetirildiyi bildirilir

İranın Sari şəhərində məscid imamı Yasir Tahiri qətlə yetirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, yerli medianın məlumatına görə, Mazandaran Ruhanilər İcmasının üzvü və Həsən Əsgəri məscidinin imamı olan Tahiri öz evində soyuq silahla öldürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır. Qətlin təfərrüatlarının məhkəmə-tibbi ekspertizasından sonra açıqlanacağı bildirilib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki