Sanksiyalara baxmayaraq, vaxtilə Səudiyyə Ərəbistanının milli aviadaşıyıcısı “Saudia”-ya məxsus olmuş beş ədəd Boeing 777-268ER genişgövdəli sərnişin təyyarəsi İranın “Mahan Air” aviaşirkətinə təhvil verilib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu təyyarələrdən ən azı ikisinin Tehrandakı Mehrabad hava limanında olduğu təsdiqlənib.
Təyyarələrin hansı marşrut və ya mexanizm vasitəsilə İrana çatdırıldığı barədə ətraflı məlumat açıqlanmayıb.
Bu transfer ABŞ-ın İrana qarşı tətbiq etdiyi aviasiya sanksiyaları fonunda diqqət çəkib.
Qeyd edək ki, İranın Mahan Air aviaşirkəti uzun illərdir ABŞ sanksiyalarına məruz qalır və Qərb ölkələri şirkəti İranın hərbi və regional fəaliyyətlərinə dəstək verməkdə ittiham edir. Şirkət isə bu iddiaları rədd edir.
Rauf
























