image-5922596765901196887backend

Serbiya Çin istehsalı FH-95 döyüş dronunun atəş imkanlarını nümayiş etdirdi

Serbiya Silahlı Qüvvələri Çin istehsalı olan FH-95 silahlı pilotsuz uçuş aparatının döyüş imkanlarını nümayiş etdirən canlı atış təlimi keçirib.

İNFOAZ.MEDİA xəbər verir ki, təlim zamanı FH-95 pilotsuz uçuş aparatı yerüstü hədəfləri FT-8B/C lazerlə idarə olunan raketlərlə uğurla vurub.

Serbiya Avropada Çin istehsalı döyüş pilotsuz uçuş aparatlarını əldə edən ilk ölkələrdən biri hesab olunur. Belə ki, ölkə 2020-ci ildə CH-92A pilotsuz uçuş aparatlarını FT-8C raketləri ilə birlikdə silahlanmasına qəbul edib. Daha sonra, 2022–2023-cü illərdə Serbiya arsenalına CH-95 kəşfiyyat-zərbə tipli pilotsuz uçuş aparatları da daxil edilib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki