image-6994591f178f36994591f178f41771329823cb5e90cc48db559aa9bb29d311c04a43backend

Salyanda Kürdə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə İNFOAZ.MEDİA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki