Ruttebackend

Rutte Ərdoğana təşəkkür etdi: “Türkiyənin qonaqpərvərliyi məni heyran etdi”

NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən tədbirdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun komandasına təşəkkürünü bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rutte görüşə ev sahibliyi etdiklərinə görə Prezident Ərdoğana minnətdarlığını ifadə edərək, tədbirin keçirildiyi məkanı “möhtəşəm” adlandırıb.

O, həmçinin Türkiyə tərəfinin nümayiş etdirdiyi yüksək qonaqpərvərlikdən dərin təsirləndiyini vurğulayıb.

“Prezident Ərdoğana və komandasına bizi bu möhtəşəm məkanda qəbul etdiklərinə görə təşəkkür edirəm. Türk ev sahiblərinin bizə göstərdiyi qonaqpərvərlik məni həqiqətən heyran etdi”, – deyə NATO Baş katibi bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki