image-ivanov-720x403backend

Rusiyanın keçmiş müdafiə naziri öldü

Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov vəfat edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, İvanov 73 yaşında vəfat edib.

Qeyd edək ki, bu ilin fevralın 4-də Rusiya prezidenti Vladimir Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib. O, fevralın 16-da Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılıb.

Xatırladaq ki, İvanov Putinlə birlikdə KQB-də, xarici kəşfiyyatda çalışıb. İvanov Rusiya Federasiyasında Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki