image-rusiya-benzin-1backend

Rusiyanın İrkutsk şəhərində yanacaq qıtlığı: növbələr və tıxaclar yaranıb

Rusiyanın İrkutsk şəhərindən yayılan videogörüntülərdə yanacaq çatışmazlığının təsirləri əks olunub.

İNFOAZ.MEDİA xəbər verir ki, kadrlarda “Gazpromneft” yanacaqdoldurma məntəqələrindən birində qiymət tablolarının boş qaldığı, sürücülərin benzin almaq üçün uzun növbələr yaratdığı və şəhər yollarında ciddi nəqliyyat sıxlığının yarandığı görünür.

Məlumata görə, yanacaqdoldurma məntəqələrinə gedən yollarda çoxsaylı avtomobillərin toplaşması nəticəsində hərəkətdə çətinliklər yaranıb.

Qeyd edək ki, İrkutsk şəhəri Moskvanın təxminən 4 200 kilometr şərqində yerləşir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki