image-1132529-893437-1287x836backend

Rusiya ordusu bu istiqamətdə hücuma keçdi

Rusiya Silahlı Qüvvələrinin “Şimal” qüvvələr qrupuna daxil olan bölmələr Sumı cəbhəsində irəliləyişini davam etdirir. Bu barədə hərbi mənbələrə yaxın “Two Majors” Telegram kanalı məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya ordusu Sumı, Krasnopolski və Qluxovski rayonlarında mövqelərini irəli aparıb. Döyüşlərdə piyada, artilleriya və aviasiya iştirak edir. Bildirilir ki, qarşı tərəf müdafiədə zirehli texnika tətbiq edir və əraziləri minalayır.

Qeyd edək ki, daha əvvəl Rusiya aviasiyasının Sumı vilayətinin Roqozne kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirdiyi barədə məlumat yayılmışdı.

Rauf,
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki