Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti İranın mərhum ali lideri Ayətullah Əli Xameneinin vida mərasimində iştirak edib.
İNFOAZ.MEDİA xəbər verir ki, yayılan görüntülərdə Medvedev və Rusiya nümayəndə heyətinin mərasim zamanı mərhum ali liderin xatirəsini ehtiramla yad etdiyi əks olunub.
Qeyd edək ki, İranın paytaxtı Tehranda keçirilən vida mərasimində dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli rəsmi şəxslər və nümayəndə heyətləri iştirak edərək başsağlığı verirlər.
Jalə
























