Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində Rusiya ərazisində 106 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
İNFOAZ.MEDİA xəbər verir ki, məhv edilmiş dronlar müxtəlif bölgələr üzrə paylanıb: Belqorodda 24, Bryanskda 21, Voronejdə 19 və Tambovda 13 PUA məhv edilib. Bundan əlavə, Nijni Novqorodda 9, Krımda 5, Azov dənizində 4, Rostovda 3 və Lipetskdə 2 dron ələ keçirilib. Kursk, Tula, Smolensk, Volqoqrad, Krasnodar və Qara dəniz üzərində isə hər birindən 1 PUA məhv edilib.
Rauf
























