image-1646033529_1547814240_ukrayna_rusiya_2_1751551483-1backend

Rusiya : “Bu məsələ həll olunarsa,müharibə sona çatacaq.

Rusiya kanallarının birinə danışan Peskov gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

İNFOAZ.MEDİA xəbər verir ki,O, üç liderin – Rusiya, ABŞ və Ukrayna rəhbərlərinin yalnız əldə olunacaq razılaşmaları yekunlaşdırmaq üçün görüşməli olduğunu bildirib.Ukrayna böhranının həll prosesinə dair açıqlamasında Peskov bildirib:

“Torpaq məsələsi ən çətin mövzudur. Ciddi danışıqlardan əvvəl ekspert səviyyəsində diqqətli iş aparılmalıdır. Hazırda Kiev rəhbərliyi sülh yolu ilə həll yolları axtarmaq əvəzinə Avropadan maliyyə əldə etməyin yollarını tapmaqla məşğuldur. Milyardlarla avro qazanmağa çalışırlar, amma digər məsələlərdə ciddiyyət görmürük.”

Sözçü Peskov İngiltərə və Fransanın Ukraynaya nüvə silahı vermə planlarını isə “çılğınlıq” adlandırıb.

EMİN
İNFOAZ.MEDİA

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki