image-20180305_gaf_rm50_018-copy_0backend

Rusiya bu istiqamətdə GÖZLƏNİLMƏDƏN hücuma keçdi

Rusiya Müdafiə Nazirliyinin 13 fevral tarixli məlumatına görə, son bir həftə ərzində Rusiya ordusu Ukraynadakı hədəflərə bir kütləvi və altı qrup zərbəsi endirib.

İNFOAZ.MEDİA yazır ki, hücumlar Ukraynanın hərbi-sənaye müəssisələrinə, Silahlı Qüvvələrin istifadə etdiyi enerji, yanacaq və nəqliyyat infrastrukturuna yönəlib. Nazirlik bu əməliyyatların 7–13 fevral tarixlərində Rusiyadakı mülki obyektlərə qarşı həyata keçirilən hücumlara cavab olaraq icra edildiyini vurğulayıb.

Məlumata əsasən, zərbələr nəticəsində hərbi texnika, silah-sursat anbarları, aerodromlar, PUA istehsalı və buraxılış məntəqələri, eləcə də Ukrayna qüvvələri və xarici muzdluların müvəqqəti yerləşdiyi obyektlər məhv edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki