ABŞ dövlət katibi Marko Rubio Iran ilə danışıqlar prosesinə münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubionun sözlərinə görə, İranın siyasi strukturlarında ABŞ ilə işləməyə və dialoqa daha açıq görünən şəxslər mövcuddur və hazırda danışıqlar həmin çevrələrlə aparılır.
“Onların siyasi qollarında daha çevik görünən və bizimlə işləməyə daha hazır olan insanlar var. Biz də danışıqları həmin şəxslərlə aparırıq”, – deyə o bildirib.
Bununla yanaşı, Rubio vurğulayıb ki, İranın ümumi siyasi sisteminə hələ də radikal ruhani rəhbərlik edir.
Jalə
























