image-rubio_j-768x403backend

Rubio: İranın davranışı dəyişməyincə ABŞ-ın mövqeyi də dəyişməyəcək

ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə münasibətini sərt tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rubionun sözlərinə görə, İran bir həftə əvvəl Hörmüz boğazının açıq olacağını və ticarət gəmilərinə hücumların dayandırılacağını bəyan etməli idi. Lakin bunun əvəzinə üç gəmiyə hücum edilib.

“İran bir həftə əvvəl Hörmüz boğazının açıq olacağını və gəmilərə hücumları dayandıracağını açıqlamalı idi. Amma bunun əvəzinə üç gəmiyə hücum etdilər”, – deyə Rubio bildirib.

ABŞ dövlət katibi vurğulayıb ki, İranın davranışı dəyişmədiyi müddətdə Vaşinqtonun da mövqeyi dəyişməyəcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki