ABŞ dövlət katibi Marko Rubio İranın danışıqlara hazır olduğu barədə siqnallar göndərdiyini, lakin atdığı addımların bununla ziddiyyət təşkil etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubionun sözlərinə görə, Tehran bir tərəfdən danışıq və danışıqlar masasına qayıtmaq istədiyini bildirir, digər tərəfdən isə gəmilərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir.
“Onlar danışmaq və danışıqlar aparmaq istədiklərinə dair siqnallar verməyə davam edirlər. Lakin bizim cavab verdiyimiz məsələ onların davranışıdır. Onların davranışı isə gəmilərə raket və dronlarla hücum etməkdən ibarətdir”, – deyə Rubio vurğulayıb.
Jalə
























