Romada keçirilən danışıqlarda Livan–İsrail çərçivə razılaşması əsasında Cənubi Livanda iki pilot zonanın yaradılması barədə razılıq əldə olunub.
İNFOAZ.MEDİA xəbər verir ki, pilot zonalardan biri hazırda İsrailin nəzarətində olan ərazini, digəri isə İsrail mövqeləri ilə həmsərhəd bölgəni əhatə edəcək.
Plana əsasən, İsrail qüvvələri həmin ərazilərdən geri çəkiləcək, Livan ordusu isə bölgələrdə yerləşdiriləcək. Razılaşmanın icrasına müstəqil üçüncü tərəf tərəfindən nəzarət ediləcək.
Livan hökuməti bu mexanizmin mərhələli şəkildə Cənubi Livanın qalan hissəsinə də şamil olunması üçün konkret vaxt cədvəlinin müəyyənləşdirilməsində israrlıdır.
Rauf
























