Şimali Sudanın Nil çayı əyalətində sərnişin gəmisinin batması nəticəsində ən azı 15 nəfər ölüb. Qayıq Tayba Əl-Xavad və Deym Əl-Qarai kəndləri arasında hərəkət edirdi və 27-dən çox sərnişin daşıyırdı.
İNFOAZ.MEDİA xəbər verir ki, axtarış qrupları hadisə yerində 15-dən çox cəsəd tapıb, səkkiz nəfər sağ qalıb, dörd nəfər isə itkin düşüb. Yüksək dalğalar qayığın çevrilməsinə səbəb olub.
Sudanın kənd bölgələrində körpülərin azlığı səbəbindən ənənəvi qayıqlarla səyahət zamanı qəzalar tez-tez baş verir. Mülki müdafiə orqanları da təhlükəyə qarşı xəbərdarlıqlarını davam etdirir.
Rauf
























