Qalibafbackend

Qalibaf ABŞ-a: Dondurulmuş vəsaitlərimizlə sizin kənd təsərrüfatınızı maliyyələşdirməyəcəyik

Məhəmməd Baqir Qalibaf ABŞ-ın İranın dondurulmuş aktivləri ilə bağlı mövqeyini tənqid edib və sərt açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, ABŞ yanlış şəkildə iddia edir ki, İrana məxsus dondurulmuş vəsaitlər Amerika kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcək.

İran rəsmisi istehzalı formada qeyd edib ki, ölkəsinin hazırda topladığı yeganə “məhsul” ABŞ-ın onilliklər ərzində yaratdığı etimadsızlıqdır.

“Bu məhsul tam təbii, bol və yerli istehsaldır”, – deyə o bildirib.

Qalibaf əlavə edib ki, ABŞ-ın əsas “ixrac məhsulları” isə genetik dəyişdirilmiş soya, yerinə yetirilməyən vədlər və sərt ritorikadır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki