Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibə, Krımın təminatı və mümkün danışıqlar prosesi ilə bağlı açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Putin bildirib ki, Kursk vilayətində baş verən hadisələrə görə Kiyev bunun əvəzini təhlükəsizlik zonası üçün nəzərdə tutulan ərazilərin itirilməsi ilə ödəyəcək.
O, həmçinin Krımın enerji və yanacaq təminatı məsələsinin həll olunacağını qeyd edib. Putinin sözlərinə görə, yarımadaya həm quru, həm də dəniz marşrutları ilə yanacaq tədarükü artırılacaq.
Rusiya lideri əlavə edib ki, Moskva Ukrayna Silahlı Qüvvələrinin danışıqlarda öz şərtlərini diktə etməsinə imkan verməyəcək.
Putinin sözlərinə görə, hazırda Krımda bir neçə günlük yanacaq ehtiyatı mövcuddur və bölgənin ehtiyaclarının qarşılanması istiqamətində tədbirlər davam etdirilir.
Jalə
























