putinbackend

Putin: Kiyevin hərbi əməliyyatları dörd bölgə ilə məhdudlaşdırmaq təklifləri Rusiyanın planlarına uyğun deyil

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibə fonunda hərbi əməliyyatlarla bağlı yeni açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Putinin sözlərinə görə, Kiyev tərəfindən hərbi əməliyyatların yalnız dörd bölgə — Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri ilə məhdudlaşdırılması barədə təkliflər irəli sürülür.

Rusiya lideri bildirib ki, belə bir ssenari Ukrayna Silahlı Qüvvələrinə digər cəbhələrdən qüvvələri həmin istiqamətlərə yönəltmək imkanı yarada bilər.

Putin bunun Ukraynanın canlı qüvvə çatışmazlığı şəraitində Kiyev üçün əlavə imkan yaradacağını iddia edib.

O əlavə edib ki, Rusiya tərəfinin planlarına “Kiyev rejiminin xilas edilməsi” daxil deyil.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki