Serbiyada Prezident İlham Əliyev rəsmi mərasimlə, xüsusi təntənə və yüksək dövlət protokolu çərçivəsində qarşılanıb. Dövlət başçısının şərəfinə təşkil olunan mərasimdə artilleriya qurğularından 21 dəfə yaylım atəşi açılıb.
21 top atəşi beynəlxalq diplomatik ənənələrdə ən ali ehtiram formalarından biri hesab olunur və yalnız dövlət başçıları, kral ailəsi üzvləri və digər ən yüksək səviyyəli qonaqlar üçün tətbiq edilir. Bu cür mərasim qarşı tərəfin qonağa verdiyi yüksək dəyərin, hörmət və etimadın rəmzi kimi qiymətləndirilir.
Təntənəli qarşılanma mərasimi iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın möhkəm xarakter daşıdığını nümayiş etdirən simvolik addım kimi də dəyərləndirilir.
























