Piter Til Papa XIV Leonu Çin kommunistlərinə işləməkdə ittiham edibbackend

Piter Til Papa XIV Leonu Çin kommunistlərinə işləməkdə ittiham edib

Amerikalı milyarder və texnologiya investoru Piter Til Papa XIV Leonu süni intellektin beynəlxalq səviyyədə daha sərt tənzimlənməsi ilə bağlı çağırışlarına görə tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, CNN-in məlumatına görə, Piter Til hətta Papa XIV Leonu “Çin kommunistləri üçün işləməkdə” ittiham edib. Lakin o, bu iddiasını təsdiqləyən hər hansı sübut təqdim etməyib.

Til “Aspen Ideas Festival” çərçivəsində çıxışı zamanı iddia edib ki, Papanın bu mövqeyi əsasən ABŞ-də süni intellekt texnologiyalarının inkişafını ləngidəcək, Çin isə bu sahədə irəliləyişini davam etdirəcək.

Onun sözlərinə görə, Vatikanın mesajı daha çox Qərb demokratiyalarına təsir göstərəcək, lakin Pekin bu çağırışlara əməl etməyəcək. Til hesab edir ki, bu vəziyyət Çin üçün süni intellekt sahəsində rəqabət üstünlüyü yarada bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki