peskovbackend

Peskov: Rusiya Venesuela nefti ilə bağlı ABŞ ilə əməkdaşlıq edəcək

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Venesuela nefti ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün Vaşinqtonla mövcud dialoq kanallarından istifadə etməyi planlaşdırır. Onun sözlərinə görə, Rusiya bu məsələ ilə bağlı mövqeyini və mümkün addımlarını ABŞ tərəfi ilə qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə dəqiqləşdirmək niyyətindədir.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Venesuela nefti ilə bağlı əməliyyatlara icazə verən lisenziya yayımlayıb.

Sənədə əsasən, sanksiya tətbiq olunan qurumlara ödənişlər Nazirliyin təsdiqi ilə həyata keçirilə bilər.

Lisenziya neftin ixracı, satışı, saxlanması və daşınmasına icazə verir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki