Dmitri Peskov fevralın 13-də açıqlamasında bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələsi gələn həftə keçiriləcək.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, bununla bağlı razılıq artıq əldə olunub: “Danışıqların gələn həftə baş tutacağı barədə razılıq var. Məkan və dəqiq tarixlər barədə sizə əlavə məlumat veriləcək, lakin bu, mütləq gələn həftə olacaq”, – deyə Peskov qeyd edib.
Fevralın 12-də isə Sergey Ryabkov növbəti danışıqlar raundunun vaxtı və keçirilmə yeri ilə bağlı müzakirələrin davam etdiyini bildirib. O vurğulayıb ki, yekun qərar təsdiqlənənədək bu məlumatlar açıqlanmayacaq.
Ryabkov əlavə edib ki, Əbu-Dabi mümkün məkan kimi bütün tərəflər üçün əməkdaşlıq baxımından əlverişli hesab olunur.
Rauf
























