image-5924871582444621315backend

Pentaqonun Avropadakı ABŞ qoşunlarını azaltmaq planı Ağ Evdə dayandırılıb

ABŞ-nin müdafiə naziri Pit Heqset ötən ay NATO-nun iclasında Avropadakı ABŞ hərbi kontingentinin əhəmiyyətli dərəcədə azaldılması planını açıqlamağı nəzərdə tutsa da, bu təşəbbüs Donald Tramp administrasiyasının yüksəkvəzifəli rəsmiləri tərəfindən dayandırılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, The Wall Street Journal-ın məlumatına görə, plana qarşı çıxanlar arasında ABŞ dövlət katibi Marko Rubio da olub.

Nəticədə Heqset qoşunların ixtisarı ilə bağlı qərar elan etmək əvəzinə, ABŞ-ın Avropadakı hərbi qüvvələrinin sayının və yerləşdirilməsinin altı ay ərzində yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Məlumata görə, administrasiya daxilində Avropadakı ABŞ hərbi mövcudluğunun gələcəyi ilə bağlı müzakirələr davam edir. Bununla belə, hələlik qoşunların sayının azaldılması ilə bağlı yekun qərar qəbul edilməyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki