ABŞ Müdafiə Nazirliyi yeni hərbi xidmətə qəbul olunan şəxslər üçün qripə qarşı peyvəndi yenidən məcburi edib. Qərar hərbi təlim bazasında baş vermiş qrip yayılmasından sonra qəbul olunub.
İNFOAZ.MEDİA xəbər verir ki,, ABŞ Hərbi Hava Qüvvələrinin Lackland Hərbi Hava Qüvvələri bazasında baş verən yoluxma nəticəsində təxminən 300 təlim iştirakçısı xəstələnib.
Siyasətdəki dəyişiklik ABŞ müdafiə naziri Pit Heqset tərəfindən aprel ayında verilmiş qərardan sonraya təsadüf edir. Həmin qərarla qrip peyvəndi məcburi deyil, könüllü edilmişdi.
Rəsmi şəxslər bildiriblər ki, peyvəndin yenidən məcburi olunması ilə yoluxma arasında birbaşa əlaqə qurulmur. Lakin peyvənd könüllü olduqdan sonra yeni qəbul olunanların cəmi 40 faizinin peyvənd olunduğu qeyd edilir.
Rauf
























