image-static-images-vnncdn-net-vps_images_publish-000001-000003-2024-5-26-_dmitry-medvedev-1637-1-900x600-1-768x403backend

Paşinyan narahat deyil, amma… – Medvedevdən xəbərdarlıq

“Ermənistanla Rusiya arasında uzun illər formalaşmış münasibətlərin pozulması ölkə vətəndaşları üçün ciddi nəticələr doğura bilər”.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O bildirib ki, onilliklər ərzində qurulan əlaqələrin qırılmasının sadə erməni vətəndaşlarına mənfi təsirləri Ermənistan rəhbərliyini narahat etmir:

“Hazırkı Ermənistan hakimiyyəti xarici siyasətdəki ambisiyalarını ölkənin milli maraqlarından üstün tutur.

Qərb Ermənistanı ilk növbədə Rusiya ilə qarşıdurmada istifadə ediləcək alət kimi görür və respublikadakı daxili siyasi balansı dəyişməyə çalışır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki